Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində çıxış etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin yerləşdiyi regionda təhlükə yaradacaq bir fitnə quyusunun qazılmasına biganə qalmayacaqlarını bildirdi.

817854
Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində çıxış etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 26-cı Dövr 3-cü Qanunvericilik İlinin açılışı münasibətilə Türkiyə Böyük Millət Məclisində çıxış etdi.
 
 Prezident çıxışında İraq Kürd Regional Rəhbərliyinin sentyabrın 25-də  qanunsuz şəkildə həyata keçirdiyi müstəqillik referendumu barəsində: "İraq Kürd Regional Rəhbərliyinin bu addımının müsbət nəticəsi olmayacaq. Biz fitnə quyusunun qazılmasına göz yuma bilmərik.  Türkmən şəhəri  Kərkük üzərindən ölkəmizin təhdid edilməsinə dözə bilmərik. Bunun hesabını da soruşarıq. Ümid edirik ki, İraq Kürd Regional Rəhbərliyi tezliklə  bu səhv addımdan geri dönəcək. O zaman Türkiyə onun yanında olacaq. Ərbildəki kürdün, Mosuldakı ərəbin haqqını müdafiə etmək, Kərkükdəki Türkmənin haqqını yox saymaq mənasına gəlməz" dedi.
 
 Ərdoğan terror təşkilatları ilə mübarizədə Avropa İttifaqının Türkiyəni xəyal qırıqlığına uğratdığını və Türkiyənin Aİ üzvlüyünə ehtiyacı qalmadığını vurğuladı.

 Dövlət başçısı ölkədə davam edən fövqəladə vəziyyətin heç bir  mənfi təsirinin olmadığını qeyd etdi.

Ərdoğan terrorla mübarizə məsələsinə də toxunaraq:"Müdafiə və texnologiya sənayesində əldə etdiyimiz uğurlar sayəsində terror təşkilatları ölkəmizin sərhədlərində hərəkət edə bilmirlər" dedi.
 



Әlaqәli Xәbәrlәr