Türkiyə ordusu terror obyektlərini hədəfə almağa davam edir

Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Metina bölgəsinə təşkil olunan hava hərəkatında separatçı terror təşkilatı PKK tərəfindən istifadə edilən məntəqə, sığınacaq və silah-sursat anbarlarını məhv edib.

817606
Türkiyə ordusu terror obyektlərini hədəfə almağa davam edir

  Baş Qərargahdan verilən məlumata görə, Türkiyə ordusu İraqın şimalındakı separatçı terror təşkilatı üzvlərinin istifadə edilən obyektləri hədəfə almağa davam edir. Hava Qüvvələri Komandanlığına aid döyüş təyyarələrinin sentyabrın 30-da Metina bölgəsindəki PKK düşərgələrinə hava hərəkatı zamanı PKK tərəfindən istifadə edildiyi müəyyən olunan silahlı məntəqə, sığınacaq və silah-sursat anbarları dağıdılıb.  

 Ölkə daxilində də terrora qarşı əməliyyatlar davam edir. Şırnakda Bestler Dərələr üst bölgəsində terror təşkilatı PKK-ya qarşı pilotsuz hava aparatı vasitəsiylə bir terrorçu zərərsizləşdirilib. Sentyabrın 30-da keçirilən əməliyyatlarda 6 PKK terrorçusu zərərsizləşdirilmiş, iki M-16 piyada tüfəngi, üç Kalaşnikof avtomatı ələ keçirilib.



Әlaqәli Xәbәrlәr