Mövlud Çavuşoğlu İKRR ilә bağlı açıqlama verib

Türkiyәnin Xarici İşlәr naziri Mövlud Çavuşoğlu Akdeniz Universitetinin 2017-2018-ci tәdris ilinin açılış mәrasimindә çıxış edib.

817342
Mövlud Çavuşoğlu İKRR ilә bağlı açıqlama verib

Türkiyәnin Xarici İşlәr naziri Mövlud Çavuşoğlu Akdeniz Universitetinin 2017-2018-ci tәdris ilinin açılış mәrasimindә çıxış edib.

Mövlud Çavuşoğlu çıxışı zamanı İraq Kürd Regional Rәhbәrliyinin keçirdiyi qeyri-qanuni müstәqillik referendumunu qiymәtlәndirib.

İraq Kürd Regional Rәhbәrliyi tәrәfindәn sentyabrın 25-dә  keçirilәn referendumun İraq konstitusiyasınad zidd olduğunu vurğulayan Mövlud Çavuşoğlu  bu sәbәblә referendumun etibarsız olduğunu qeyd edib.

Mövlud Çavuşoğlu İraq Kürd Regional Rәhbәrliyinin  Türkiyәnin etdiyi  bütün xәbәrdarlıqlara baxmayaraq müstәqillik referendumu keçirdiyini qeyd edәrәk: ‘‘Bağdad rәhbәrliyinin tәlәblәrini nәzәrә alaraq qәbul etdiyimiz qәrarlar var. Bu qәrarları mәrhәlә-mәrhәlә tәtbiq edәcәyik. Gec olmadan bu sәhvdәn geri dönmәlidirlәr’’ deyib.



Әlaqәli Xәbәrlәr