Süleymaniyyə və Ərbil şəhərlərinə reyslər ləğv edildi

İraq Kürd Regional Rəhbərliyinə  yeni sanksiyalar tətbiq edəcəyik. Bunu Baş nazir Binali Yıldırım deyib.

817146
Süleymaniyyə və Ərbil şəhərlərinə reyslər ləğv edildi

Çanaqqalada jurnalistlərə açıqlama verən Baş nazir Binali Yıldırım: 25 Sentyabrda geyri-qanuni müstəqillik referendumu keçirən Şimali İraq Kürd Regional rəhbərliyinə sanksiya tətbiqi davam edəcək. Bu gün Türkiyədən Süleymaniyyə və ərbil şəhərlərinə reyslərin ləğvinə dair qərar qəbul edildi. Türkiyə saatı ilə 18.00-dən etibarəd qüvvəyə minəcək olan qərar çərçivəsində həm Türk Hava Yolları həm də xüsusi şirkətlərimiz, uçuşları dayandırır. Ancaq bu şəhərlərdə qapalı qalmış vətəndaşlarımızın olması halında xüsusi təyyarə göndərəcəyik. Türkiyənin nə qədər ciddi addımlar ata biləcəyi, əlavə  tədbirlərin  görüləcəyi  yaxşı idrak edilməlidir. Bu çərçivədə ardıcıl atacağımız addımları ictimaiyyətlə bölüşəcəyik”-  deyə  Baş  nazir  Yıldırım vurğulayıb.



Әlaqәli Xәbәrlәr