Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə işgüzar səfəri başladı

Bu gün Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə işgüzar səfəri başladı.

816408
Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə işgüzar səfəri başladı

Türkiyə Dövləti başçısı Rəcəb Tayyib Ərdoğanla Rusiya dövlət başçısı Vladimir Putin arasında görüş başladı.

Yayılan məlumata görə dövlət başçıları İraqda keçirilən “referendumu”, Suriyadakı vəziyyəti, ikitərəfli əməkdaşlığı müzakirə edəcəklər.

Bundan başqa, prezidentlər Rusiyanın “S-400” zenit-raket kompleksini Türkiyəyə tədarük etməsini, “Türk axını” layihəsini, Akkuyu Nüvə Mərkəzinin tikintisi layihəsi ilə bağlı məsələləri də müzakirə edəcək.

Görüşdən sonra R.T.Ərdoğan və V.Putin birgə mətbuat konfransı keçirəcək.



Әlaqәli Xәbәrlәr