Rəcəb Akdağ Banqladeşə gedəcək

Türkiyə baş nazirinin müavini Rəcəb Akdağ Arakanlı müsəlmanlara edilən yardımlarla əlaqədar Banqladeşə gedəcək.

814442
Rəcəb Akdağ Banqladeşə gedəcək

Türkiyə baş nazirinin müavini Rəcəb Akdağ Arakan müsəlmanlarına edilən yardımlarla əlaqədar Banqladeşə gedəcək.

Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamada Myanmanın Arakan əyalətinin şimalında 25 avqust gecəsi törədilən hücumlardan bir ay keçdiyi, bu müddət əzində Banqladeşə sığınan müsəlman qaçqınların sayının 436 minə yüksəldiyi qeyd edildi.

Açıqlamada Türkiyənin təşəbbüsü ilə bölgədəki qarşıdurmaların dayandırılmasının, bölgəyə fasiləsiz göndərilən humanitar yardımların və Banqladeşə sığınan Myanma vətəndaşlarının təhlükəsiz şəkildə dönüşlərinin təmin olunmasının və problemin həlli ilə bağlı beynəlxalq səviyyədə razılıq əldə olunmasının müsbət bir irəliləyiş olduğu bildirildi.

Myanmada və Banqladeşdə olan Arakan  müsəlmanlarına humanitar yardımın çatdırılması və düşərgələrdəki həyat şərtlərinin yaxşılaşdırılması istiqamətində Türk Qızılayı, AFAD və TİKA-nın fəaliyyətlərinin davam etdirildiyinin vurğulandığı açıqlamada baş nazirin müavini Rəcəb Akdağın da qarşıdakı günlərdə Banqladeşə gedərək yardım fəaliyyətlərini yerində təqib edəcəyinin nəzərdə tutulduğu barədə məlumat verildi.

Xatırladaq ki, Myanma ordusunun silahlı döyüşçülərlə mübarizə bəhanəsi ilə Arakanda mülki vətəndaşlara qarşı hücumlarında minlərcə müsəlman həlak olub. Myanma hökumətinin bölgəyə giriş və çıxışlara icazə verməməsi səbəbindən ölən vətəndaşların sayı dəqiq şəkildə müəyyənləşdirilməyib.

Hücumlarda 150-dən çox kənd ordu və buddist millətçilər tərəfindən yandırılıb. On minlərlə Arakan müsəlmanı həyatlarını xilas etmək üçün bölgəfdən uzaqlaşmağa çalışır.

Myanmadan qaçan vətəndaşlar dağlıq bölgələr, Naf çayı, və ya dəniz yolu ilə Banqladeşə keçirlər.

 

 

 



Әlaqәli Xәbәrlәr