Türkiyənin Aİ üzvlük prosesi artıq teatr taşamasına çevrilib

Türkiyənin Avropa İttifaqına üzvlük prosesi artıq teatr taşamasına çevrilib. Bunu Türkiyənin prezidenti Ərdoğan deyib.

813725
Türkiyənin Aİ üzvlük prosesi artıq teatr taşamasına çevrilib

Prezident Ərdoğan, İstanbulda İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Birliyinin 1-ci asambleyasında  etdiyi çıxışında: “Türkiyə Aİ-na tam hüquqlu üzvlük prosesi çərçivəsində lazımlı addımları sürətlə atdı. Bu istiqamətdə əhəmiyyətli islahatlar həyata keçirdi. Bunlar üzv olabilməğimiz üçün qənaət bəxş olmasa belə demokratik standartlarımızı yüksəltdi. Bunun üçün Avropa İttifaqı geyri müəyyən siyasət izləməyə başladıqda, biz dedik ki, zərurət olması halında Kopenhagen meyarlarının adını Ankara meyarları olaraq dəyişdirib, yolumuza davam edərik. Alyans ilə Türkiyə arasında daha bir teatr tamaşasına çevrilmiş bu mübarizədə, meydançanı tərk edən tərəf biz olmayacayıq. Bunu hər kəs idrak etməlidir. Bu barədə qərar qəbul edəcək  və bunu bütün dünyana bildirəcək olan Avropa İttifaqıdır. Onlar nəhai qərara gəlsinlər. Biz lazımlı qərarı qəbul edərik maraq etməsinlər. Ancaq İttifaq Türkiyə ilə əlaqəli konkret qərarını açıqlayana dək səbirlər gözləyəcəyik”.

Prezident Ərdoğan, ötən gün Almaniyada parlamentə keçirilən seçki nəticələrindən dərs alınmasının lazım gəldiyini ifadə edərək: artıq insanlar hər şeyi çox açıq və dəqiq görür. Biz bir çox şeyləri söylədik. Lakin bunu başa düşmədilər. İndi də gerçəklər ilə qarşı qarşıya qaldılar. Bizim demokratiya ilə, xalqlarla, azadlıqlarla əlaqədar standartlar mövzusunda heç bir problemimiz yoxdır. Ölkələrin xalqı ilə, xalqlarıyla də eləcə. Bizim ancaq rəhbərliklər və rejimlərlə fikir fərqliliklərimiz ola bilər. Alyans digər namizəd ölkələrə qarşı fərqli siyasət izləyir Türkiyəyə fərqli. Bizim əsas məsələmiz Aİ-nın Türkiyənin üzvlüyü mövzusunda lazımlı addımları atmaması, öhdəliklərinə əməm etməməsidir.

 



Әlaqәli Xәbәrlәr