B.Yıldırım: ‘‘İKRR-nin keçirdiyi müstәqillik referendumu qarşıdurmaya zәmin hazırlayır’’

Türkiyәnin baş naziri Binәli Yıldırım İraq Kürd Regional Rәhbәrliyinin keçirdiyi müstәqillik referendumunun qarşıdurmaya zәmin hazırladığını deyib.

813490

Özәl televiziya kanallarının birinә müsahibә verәn Binәli Yıldırım İraq Kürd Regional Rәhbәrliyinin keçirdiyi referendumu qiymәtlәndirib.

Baş nazir: ‘‘Referendum inadı qarşıdurmaya zәmin hazırlamışdır. Bunun bәdәlini isә orada yaşayan günahsız insanlar  ödәyәcәk. İraqın mәrkәzi rәhbәrliyi ilә daha yaxın әlaqә saxlayaraq  qәrarlarımızı bildirәcәyik’’ deyib.

"Bizim hədəfimiz bölgədə yaşayan insanlar deyil. Bizim milli təhlükəsizliyimizə qarşı təhdid olaraq gördüyümüz bu qeyri-qanuni referendum məsələsində israr  edənlərdir. Kürdlərlə bunları bir-birindən ayrı dәyәrlәndirәk",- deyә Türkiyәnin baş naziri Binәli Yıldırım qeyd edib.

Әlaqәli Xәbәrlәr