O.Qənimi və H.Akar Ankarada təkbətək görüş keçirdilər

İraq Baş Qərargah rəisi Osman Qənimi sentyabrın 23-də səhər həmkarı Hulusi Akar və heyət tərəfindən Ankara Ordu Baş Qərargahında hərbi mərasimlə qarşılanıb.

812777
O.Qənimi və H.Akar Ankarada təkbətək görüş keçirdilər

  İki ölkənin himni çalındıqdan sonra Qənimi onu qarşılamağa gələnlərlə salamlaşdı. Sonra Akar və Qənimi təkbətək görüş keçirdilər.

  İki ordu başçısı İraq Kürd Regional İdarəçiliyinin 25 sentyabrda planlaşdırdığı referendum, İraqın ərazi bütövlüyünün qorunması və terrorla birgə mübarizə üçün görüləcək tədbirlərlə bağlı fikir mübadiləsi aparıblar.

 



Әlaqәli Xәbәrlәr