"Referendum keçirilərsə, Türkiyə bu tədbirləri görəcək..." B.Bozdağ

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın başçılığıyla Ankara Beştepedə edilən Nazirlər Kabinetinin iclasından sonra hökumət sözçüsü Bəkir Bozdağ yekun çıxışı edərək dedi...

812508
"Referendum keçirilərsə, Türkiyə bu tədbirləri görəcək..." B.Bozdağ

  Rəsmi Ankara İraq Kürd Regional Rəhbərliyinə son çağırış etdi: “Referendumdan imtina edin".

  Rəcəb Tayyib Ərdoğanın başçılığıyla Ankara Beştepedə edilən Nazirlər Kabinetinin iclasından sonra hökumət sözçüsü Bəkir Bozdağ yekun çıxışı edərək deyib: “Nazirlər Kabinetinin bu yığıncağında referendumla bağlı bütün variantlar müzakirəyə qoyuldu. Referendum keçirilərsə, Türkiyə ikitərəfli və beynəlxalq müqavilələrdən irəli gələn hüquqlarını qoruyacaq. Görüləcək hər hansı tədbir müzakirəyə qoyulacaq və bu mövzuda nələr edilə biləcəyi geniş şəkildə qiymətləndiriləcək. Çünki bu referendum qeyri-qanunidir və qəbul edilə bilməz. Qonşu ölkələr də buna qarşıdır. Bölgənin etnik quruluşunu göz önünə gətirin. Hətta “Referendum sonra olsun" tələblərinə də Türkiyənin qapıları bağlıdır. Doğru olan referendumu təxirəsalma deyil, ləğv etməkdir. Ona görə də ən yaxşısı, İraq Kürd Regional Rəhbərliyi özü bu referendumu ləğv etsin."



Әlaqәli Xәbәrlәr