R.T.Әrdoğan: ‘‘Bir gün bu silahların Türkiyәyә istiqamәtlәnmәyәcәyinә kim zәmanәt verә bilәr’’

Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan ABŞ rәhbәrliyinin Suriyada  terror tәşkilatı DEAŞ ilә mübarizәdә  separatçı terror tәşkilatı PKK-nın Suriyadakı qolu PYD ilә әmәkdaşlıq etmәsinә mәna verә bilmәdiklәrini deyib.

811008

BMT Baş Assambleyasının 72-ci sessiyası üçün ABŞ-ın Nyu-York şәhәrinә sәfәr edәn Rәcәb Tayyib Әrdoğan Qlobal İş Forumunda  mәtbuatın suallarını cavablandırıb.

Dövlәt başçısı  ABŞ prezidenti Donald Tramp ilә bu gün keçirәcәyi görüşdә terror tәşkilatı PYD-yә edilәn silah dәstәyi ilә bağlı Türkiyәnin narahatlığının  bir daha vurğulanacağını  deyib.

‘‘Bir gün bu silahların Türkiyәyә istiqamәtlәnmәyәcәyinә kim zәmanәt verә bilәr’’,- deyә Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan deyib.

İraq Kürd Regional Rәhbәrliyinin sentyabrın 25-dә keçirmәyi planlaşdırdığı  müstәqillik referendumu mәsәlәsi ilә bağlı  Türk Milli Tәhlükәsizlik Şurasının sentyabrın 22-dә növbәdәnkәnar iclas keçirәcәyini vә  tәtbiq olunacaq sanksiyaların burada müәyyәn  olunacağını  deyәn Rәcәb Tayyib Әrdoğan: ‘‘İraqda bu növ müstәqil dövlәtin qurulmasına  әsla icazә verә bilmәrik. Orada Türkmәnlәr vә Әrәblәr dә var. Bu dincliyi pozmağa  heç kimin haqqı yoxdur. Bu addım sәhvdir. Bәrzaninin bu sәhvdәn dönәcәyinә ümüd edirәm’’ deyib.

Rusiyadan S-400 zenit-raket kompleksi alınması ilә bağlı tәnqidlәrin yersiz olduğunu vurğulayan Әrdoğan terrorçulara verilәn silahların  Türkiyәyә puluyla satılmaması sәbәbiylә  bu yolu seçdiklәrini qeyd edib.

‘‘Türkiyәdә çox sayda hәbs olunan jurnalist var’’ sualını cavablandıran Әrdoğan: ‘‘Bunlar jurnalist deyil, oğurluq üçün mühakimә olunanlar var. Әksәriyyәti terrorçudur’’ deyib.

Әlaqәli Xәbәrlәr