Əminə Ərdoğan liderlərin xanımları ilə görüşdü

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Amerika Birləşmiş Ştatlarında olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan dünya liderlərinin xanımları ilə görüşdü.

811317

Əminə Ərdoğan ABŞ prezidenti Donald Trumpın xanımı Melania Trumpın verdiyi nahara qatıldı.

Türkiyə prezidentinin xanımı ABŞ Daimi Nümayəndəliyində verilən naharda dövlət və hökumət rəhbərlərinin xanımları ilə səmimi söhbətlər etdi.

Əminə Ərdoğan Baş Assambleyanın sessiyasının açılışında təşkil edilən "İnkişaf üçün Moda" tədbirində iştirak etdi.

Tədbirə dövlət və hökumət rəhbərlərinin həyat yoldaşları ilə yanaşı, məşhur simalar və qeyri-hökumət nümayəndələri də qatıldılar.

Tədbirdə Somalidən olan məşhur model İman çıxış edərək Əminə Ərdoğana və onun şəxsində Türkiyəyə Somaliyə verilən dəstəklərə görə təşəkkür etdi.

Әlaqәli Xәbәrlәr