Dinlərə hücum etmək deyil, terrorun təməl səbəblərini və ideologiyasını məhv etmək lazımdır

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Terrorla Mübarizə Qlobal Forumunun 8-ci Nazirlər Toplantısındakı çıxışı zamanı bildirdi.

811075
Dinlərə hücum etmək deyil, terrorun təməl səbəblərini və ideologiyasını məhv etmək lazımdır

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 72-ci sessiyasında keçirdiyi görüşlər çərçivəsində Terrorla Mübarizə Qlobal Forumunun 8-ci Nazirlər Toplantısında çıxış etdi.

 Türkiyə naziri çıxışında:" DEAŞ və bunun kimi terror təşkilatlarının ideologiyalarını məhv etmək yerinə, asan yol seçilərək müsəlmanlara və İslama hücum edirlər. Myanmada baş verənlərə görə Buddizmi və buddistləti günahlandıraraq onlara hücum edə bilmərik. Dinlərə hücum etmək yerinə, terrorun təməl səbəblərini və ideologiyasını məhv etmək lazımdır. Avropada, Avropa Parlamentində, Avropa İttifaqı ölkələri arasında marksizm, kommunizm kimi sırf eyni ideologiyanın daşıyıcıları olduqları üçün bəzi terror təşkilatlarını dəstəkləyən siyasi partiyalar və siyasətçilərin olduğunu görürük. Mənim heç bir ideologiya ilə problemim yoxdur, ideologiyalarınızı demokratiya çərçivəaində müdafiə edə bilərsiniz. Lakin sırf eyni ideoligiyanı bölüşdüyünüz üçün terror təşkilatlarını dəstəkləyə bilməzsiniz. Avropada bəzi siyasətçilərin PKK terror təşkilatını terror siyahısından çıxarmağa çalışdığını görürük. Bu, qəbuledilməzdir" dedi.

Çavuşoğlu Terrorla Mübarizə Qlobal Forumunun terrorla mübarizə fəaliyyətlərində əhəmiyyətli rol oynadığını və Türkiyənin bu forumda aktiv rol oynamağa davam edəcəyini söylədi.

 



Әlaqәli Xәbәrlәr