Ərdoğan və xanımı ABŞ-lı həmkarları ilə bir araya gəldi

Ziyafətdən sonra ABŞ-da yaşayan türklər əllərində Türkiyə bayraqları ilə R.T.Ərdoğan və həyat yoldaşının qaldığı otelin yanına gəliblər.

810442
Ərdoğan və xanımı ABŞ-lı həmkarları ilə bir araya gəldi
erdogan trump yemek.jpg

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 72-ci Baş Assambleyasında ABŞ prezidenti Donald Tramp və həyat yoldaşı Melanya Trampın ev sahibliyilə olan ziyafətdə iştirak edib.

  Ziyafətdən sonra ABŞ-da yaşayan türklər əllərində Türkiyə bayraqları ilə R.T.Ərdoğan və həyat yoldaşının qaldığı otelin yanına gəliblər. Ərdoğan və Əminə xanım da Türkiyə vətəndaşları gəldikləri üçün onarın görüşünə gediblər. Burada Türkiyə başçısı və xamımı Türkiyə vətəndaşlarını salamlayıb, onlarla söhbət edib və xatirə fotoşəkilləri çəkdiriblər.

  Ərdoğanı gözləyənlər arasında olan AKP Şimali Amerika Seçki Koordinasiya Mərkəzinin (SKM) sədri Levent Əli Yildiz da olub və o, Ərdoğana “Xoş gəldiniz” və “Dünya 5-dən böyükdür" sözlərinə dəstək olduqları üçün gəldiklərini vurğulayıb.



Әlaqәli Xәbәrlәr