Türkiyə prezidenti ABŞ-da səfərdədir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 72-ci sessiyasında iştirak etmək üçün ABŞ-ın New York şəhərinə gəldi.

808734
Türkiyə prezidenti ABŞ-da səfərdədir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 72-ci sessiyasında iştirak etmək üçün ABŞ-ın New York şəhərinə gəldi.

Prezident Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğanı hava limanında xarici işlər naziri Mövlud Çavuşoğlu, Türkiyə Respublikasının BMT-dəki daimi nümayəndəsi, səfir Feridun Sinirlioğlu, Türkiyənin Washıngton səfiri Sərdar Kılıç, New York baş konsulu Ertan Yalçın, həyat yoldaşı Başak Yalçın və başqa rəsmi şəxslər  qarşıladılar.

Ərdoğanı New York səfərində Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Hulusi Akar, baş nazirin müavini Rəcəb Akdağ, ədliyyə naziri Abdulhamit Gül, Avropa İttifaqı işləri üzrə nazir Ömər Çelik, iqtisadiyyat naziri Nihat Zeybəkçi, enerji və təbii qaynaqlar naziri Berat Albayrak müşayiət edirlər.

Ərdoğan səfər proqramı çərçivəsində 19 sentyabrda (çərşənbə axşamı günü) BMT Baş Assambleyasının "İnsan üzərində mərkəzləşmə: davamlı dünyada hər kəsə sülh və insan kimi bir həyat üçün mübarizə" mövzulu ilk sessiyasında çıxış edəcək.

Sonra Türkiyə prezidenti BMT Baş katibi Antonio Guterresin təşkil edəcəyi günorta yeməyinə, axşam saatlarında isə ABŞ prezidenti Donald Trump və həyat yoldaşı tərəfindən veriləcək ziyafətə qatılacaq.

Prezident Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının Rohingya Əlaqə Qrupunun yığıncağında və Birləşmiş Millətlər Təşkilatının qarşısında inşa ediləcək yeni "Türk Evi" binasının təməlatma mərasimində iştirak edəcək.

Türkiyə prezidenti səfəri müddətində ABŞ prezidenti Donald Trumpla və bəzi dövlət ilə hökumət başçıları ikitərəfli danışıqlar həyata keçirəcək, ABŞ iş adamları, beyin mərkəzlərinin rəhbərləri, ABŞ Türk, müsəlman, yəhudi cəmiyyətlərinin nümayəndələri ilə bir araya gələcək, mediaya müsahibələr verəcək.

Türkiyə prezidenti ABŞ səfəri sentyabrın 22-dək davam edəcək.

 



Әlaqәli Xәbәrlәr