Türkiyənin Maldivləri, Salda gölü

Türkiyənin gözəl şəhələrindən biri olan Burdurun Yeşilova mahalında yerləşən Salda gölü Maldiv adalarına oxşarlığı ile tanınıb.

809133
Türkiyənin Maldivləri, Salda gölü
Salda-Golu-9.jpg
Salda-Golu-6.jpg
Salda_Golu-1.jpg
Salda golu.jpg

Türkiyənin gözəl şəhələrindən biri olan Burdurun Yeşilova mahalında yerləşən Salda gölü Maldiv adalarına oxşarlığı ile tanınıb.

Gölü cari il yay aylarında 250 min turist ziyarə etdi. 

Ağ qumu və parlaq görünüşü ilə Maldiv adalarına bənzədilən Salda gölünün turizmini inkişaf etdirmək məqsədi ilə tanıtım işləri davam etdirilir.

Təxminən 185 metr dərinliyi, 6 min 800 metr eni, 9 min 86 metr uzunluğu olan tektonik bir çuxurun üzərində və qapalı ərazidə yerləşən Salda Gölü yerli və xarici turistlərin diqqətini cəlb edir.

 61 növə aid 301 dəniz və yerüstü bitki çeşidi ilə zəngin olan göl ağ qumu və firuzəyi rəngi ilə misilsiz gözəlliyə sahibdir. Gölün ətrafında velosiped sürülür, müxtəlif quş növlərini izlənir, ayrıca göldə üzmək və dalğıclıqla da məşğul olmaq da mümkündür.

Dünyanın ən dərin və ən parlaq göllərindən hesab edilən Salda gölünün başqa bir fərqliliyi isə Marsda tapılan maqnezium mənşəlli daşların bu gölün ətrafına səpilmiş olmasıdır.



Әlaqәli Xәbәrlәr