TSQ Şırnak-Silopi  bölgəsində  hərbi təlim başladıb

Türkiyə, Bütün xəbərdarlıqlara baxmayaraq 25 Sentyabrda referenduma hazırlaşan İraq Kürd Regional Hökumətinə istiqamətli hərbi tədbirlər görür.

808890
TSQ Şırnak-Silopi  bölgəsində  hərbi təlim başladıb

Türk Silahlı Qüvvələri (TSQ), Habur sərhəd qapısını əhatə edən Şırnak şəhərinin Silopi bölgəsində hərbi təlim başladıb.

Habur Sərhəd keçid məntəqəsi, İraqın, Şimali İraq Kürd Regional Hərbərliyi ərazilərində yerləşən Ərbil şəhərinə açılır.

Baş qərargah rəisliyinin məlumatına görə Silopi-Habur bölgəsində hərbi təlimə start verilib. Manevr ilə yanaşı terrora qarşı mübarizə çərçivəsində əməliyyatlar da davam edir.

Digər tərəfdən Prezident Rəcəb Tayyib Ərdoğan Milli Təhlükəsizlik Şurası iclasının 22 Sentyabrda təşkil ediləcəyini bildirib. Buna səbəb isə İraq Kürd Regional Rəhbərliyinin referendum qərarından daşınmaması göstərilib.



Әlaqәli Xәbәrlәr