Ərdoğan ABŞ-a gedir

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının iclasında iştirak etmək üçün 17 sentyabrda Amerika Birləşmiş Ştatlarına gedir.

808241
Ərdoğan ABŞ-a gedir

  Nyu York şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatı 72-ci Baş Assambleyası iclasının mövzusu "İnsana yönəlmə: daimi dünyada hamıya sülh və humanist həyat üçün mübarizə"dir.

  Türkiyə başçısı Rəcəb Tayyib Ərdoğan 19 sentyabr çərşənbə axşamı günü başlayacaq Birləşmiş Millətlər Təşkilatının ümumi iclasında nitq söyləyəcək. Eyni gün o, BMT-nin Baş katibi Antonio Quterreslə səhər yeməyində görüşəcək, ABŞ prezidenti Donald Trampın dəvətilə isə onunla görüşdə olacaq. 

  R.T.Ərdoğan Nyu-Yorkda İslam Əməkdaşlıq Təşkilatının Rohinga Təmas Qrupunun toplantısı və Türk Evi binasının təməlqoyma mərasimində də iştirak edəcək. O, liderlərlə təkbətək görüşlərlə yanaşı Amerikanın biznes dairələri, ABŞ-dakı türk-müsəlman cəmiyyətləri və yəhudi təşkilatları nümayəndələrilə də görüşəcək.



Әlaqәli Xәbәrlәr