Türkiyənin liderliyində Mədəniyyət və Turizm Komitəsi yaradılır

Mədəniyyət və Turizm naziri Numan Kurtulmuş Çinə reallaşdırdığı rəsmi səfər çərçivəsində Türkiyənin turizm potensialının artırılmasına dair danışıqların davam etdiyini bildirib.

807790
Türkiyənin liderliyində Mədəniyyət və Turizm Komitəsi yaradılır

Nazir Numan Kurtulmuş, Çinin ev sahibliyi etdiyi BMT Dünya Turizm Təşkilatının növbəti asambleyasına qatılmaq üzrə getdiyi Çıngdu şəhərində

BMT dünya turizm təşkilatının baş katiblik vəzifəsini icra edən Talep Rifai ilə görüşüb. İclasda Dünya Turizm Təşkilatı çərçivəsində Türkiyənin liderliyində bir mədəniyyət və turizm komitəsi yaradılması qərarına gəlinib. Türkiyənin markalaşma və təqdimat fəaliyyətlərinin güclənməsi mövzusunda dünya turizm təşkilatının əməkdaşlıq etməsi və Türkiyənin Şərq Aralıq dənizi və Türkiyədəki kreyser səfərlərinin sayını artırmaq məqsədiylə aprel 2018-də beynəlxalq seviyyədə atılası addımlar müzakirə edilib.

Kurtulmuşun Çin Turizm Agentliyinin Başçısı Li Cinzao ilə görüşündə isə, Çində "2018 Türkiyə Turizm ili" çərçivəsində keçiriləcək tədbirlər, Türk Hava Yollarının Çin və Türkiyə arasındakı reys sayının artırılması və Türk vətəndaşlarının sərhəd keçidləri, viza rejimi ilə əlaqəli yaşanan problemlərin aradan qaldırılması kimi mövzular gündəmə daxil edilib.



Әlaqәli Xәbәrlәr