Türkiyə İraqdakı terror hücumunu pislədi

Xarici İşlər Nazirliyi İraqın cənubunda yerləşən Zikar şəhərində DEAŞ terror təşkilatının təşkil etdiyi hücumları sərt şəkildə pislədi.

807355
Türkiyə İraqdakı terror hücumunu pislədi

Xarici İşlər Nazirliyi İraqın cənubunda yerləşən Zikar şəhərində DEAŞ terror təşkilatının təşkil etdiyi hücumları sərt şəkildə pislədi.

Nazirliyin açıqlamasında bildirilib ki, İraqın cənubunda törədilən iki ayrı terror hücumunda ilkin məlumatlara əsasən İran vətəndaşlarının da aralarında olduğu ən az 50 nəfərin həyatını itirdiyini, 80 nəfərin isə yaralandığını dərin kədərlə öyrəndik. Qəddarcasına həyata keçirilən bu terror hücumunu sərt şəkildə pisləyir; dost və qardaş İraq və İran xalqlarına baş sağlığı verir, həyatını itirənlərə rəhmət, yaralılara isə təcili şəfa diləyirik.

Qeyd edək ki, İraqın cənubunda yerləşən Zikar şəhərində DEAŞ terror təşkilatının həyata keçirdiyi hücumlar nəticəsində 50 nəfər həlak olmuş, xeyli insan da yaralanmışdı.



Әlaqәli Xәbәrlәr