Baş nazir müavini  Rəcəb Akdağ vətəndaşlara çağırış edib

Baş nazir müavini Rəcəb Akdağ, vətəndaşlara çağırış edib ki, Myanmanın arakan əyalətindəki Müsəlmanlara yardım etsinlər.

807825
Baş nazir müavini  Rəcəb Akdağ vətəndaşlara çağırış edib

Rəcəb Akdağ, TRT Xəbərin canlı yayımında Arakanlılar üçün  başladılan yardım kampaniyasına qatılıb.

Arakanda törədilən hadisələri pisləyən və bu problemi ilk səsləndirən ölkənin Türkiyə və bu ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan olduğunu ifadə edən nazir Akdağ, prezident Ərdoğanın mövzu ilə əlaqəli 30-dan çox ölkənin dövlət başçısı ilə danışıqlar etdiyini vurğulayıb.

Türkiyənin, Arakandaki insanlara yardıma həmişə hazır olduğunu ifadə edən Akdağ, bir neçə gün əvvəl 20-ə yaxın qeyri-hökumət təşkilatı nümayəndəsinin iştirakı ilə təşkil etdiyi yığıncaqda məsələnin müzakirə edildiyini və bu təşkilatların nümayəndələrinin yardıma hazır olduqlarını qətiliklə araya qoyduqlarını qeyd edib.

Baş nazirliyin yanında fövqəladə hallar idarəsi, Türk Qırmızı aypara cəmiyyəti və Türkiyə Diyanət Vəqfi tərəfindən birgə yardım kampaniyası başladıldığını xatırladan Akdağ, Arakanlı müsəlmanlara yardım etmək istiyən vətəndaşların Banklarda açılan əmanət hesablara və məlumatlara "www.arakanasahipcik.org"  ünvanından çata biləcəklərini bildirib.



Әlaqәli Xәbәrlәr