Türkiyə THY-nin Afina ofisinə təşkil edilən hücumu qınadı

Türkiyə Türk Hava Yollarının (THY) Yunanıstanın paytaxtındakı Afina ofisinə təşkil edilən hücumu qınadı.

806569
Türkiyə THY-nin Afina ofisinə təşkil edilən hücumu qınadı

Türk Hava Yollarının (THY)  Afina ofisinə hücum təşkil olundu.

Türkiyə Xarici İşlər Nazirliyi hücumla bağlı bəyanat yaydı. 

Bəyanatda : "THY Afina ofisinə edilən və maddi zərərə səbəb olan hücumu qınayırıq" deyilir.
 
 Bəyanatda Yunanıstan hüquq-mühafizə orqanlarının  hücuma görə məsuliyyəti Ruvikonas (Rubicon) adlı anarxist təşkilatın üzərinə götürdüyü barəsindəki məlumata yer verilir, təşkilatın 26 iyul 2016-cı ildəTürkiyənin Afina Səfirliyinə, 5 fevral 2017-ci ildə isə Gümülcine Baş Konsulluğuna hücum təşkil etdiyi xatırladılır.
 
Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında: "Yunanıstandakı Türkiyə nümayəndəliklərinə qarşı həyata keçirilən bu aksiyaların cinayətkarlarının ən qısa zamanda yaxalanaraq məhkəməyə çıxarılmasını gözləyirik" ifadələri işlədilir.
 
 THY-nin Afina ofisinə girməyə çalışan bir qrup girişdəki şüşə qapıya zərər verib, lakin içəri girə bilməyib.
 
İş vaxtından əvvəl edilən hücum zamanı ofisdə heç kim olmayıb.



Әlaqәli Xәbәrlәr