Türkiyə prezidenti Qətər xarici işlər nazirini və bəzi ölkə səfirlərini qəbul etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər xarici işlər naziri Şeyx Məhəmməd Bin Əbdürrəhman Bin Casim Əl Sanini qəbul etdi.

805834
Türkiyə prezidenti Qətər xarici işlər nazirini və bəzi ölkə səfirlərini qəbul etdi
gana.jpg
erdogan'in kabulleri.jpg
erdogan kabuller.jpg
erdogan kabuller, kulliye.jpg
erdogan kabul.jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər xarici işlər naziri Şeyx Məhəmməd Bin Əbdürrəhman Bin Casim Əl Sanini qəbul etdi.
 
 Prezident Kompleksində mətbuata bağlı keçirilən qəbul 1 saat 30 dəqiqə davam etdi.
 
 Qəbulda xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak etdi.
 
 Türkiyə prezidenti Avstriyanın Ankaradakı səfiri Ulrike Tillyni qəbul etdi.
 
 Ulrike Tilly prezident Ərdoğana etimadnaməsini təqdim etdi.
 
Ərdoğan  Nigeriya Federativ Respublikasının Ankaradakı səfiri Ilyasu Audu Paraqaldanı da qəbul etdi. 

Paraqalda Prezident Ərdoğana etimadnaməsini təqdim etdi. Sonra Paraqalda, xanımı və bəzi səfirlik nümayəndələri Türkiyə prezidenti ilə xatirə şəkli çəkdirdilər.
 
 Ərdoğan Qana Respublikasının Ankaradakı səfiri Salma Frances Mancell-Egalanı da qəbul etdi.  Mancell-Egala Prezident Ərdoğana etimadnaməsini təqdim etdi.
 
Türkiyə prezidenti Pakistan xarici işlər naziri Xoca Məhəmməd Asıfı da qəbul etdi.



Әlaqәli Xәbәrlәr