Türkiyənin terrorla mübarizəsini zəiflətmək Avropanın da təhlükəsizliyini zəiflətmək deməkdir

Bunu Türkiyənin Avropa İttifaqı işləri üzrə naziri və başməruzəçi Ömər Çelik İngiltərədə rəsmi görüşləri zamanı bildirdi.

805836
Türkiyənin terrorla mübarizəsini zəiflətmək Avropanın da təhlükəsizliyini zəiflətmək deməkdir

Türkiyənin Avropa İttifaqı işləri üzrə naziri və başməruzəçi Ömər Çelik Almaniya xarici işlər naziri Sigmar Qabrielin Türkiyəyə silah satışına qarşı olmasının səbəbinin Türkiyənin terrorla mübarizəsini zəiflətmək olduğunu dedi.
 
 İngiltərənin paytaxtı Londonda rəsmi səfərdə olan Çelik radikal qrupların  müsəlman, dünyəvi, demokratik, hüquqi dövlət olan Türkiyənin  Aİ ilə əlaqələrinin pozulmasını istədiklərini bildirdi.
 
Çelik: "Bu səbəbdən "Türkiyə ilə Aİ danışıqlarını donduraq, və ya təxirə salaq"  kimi cümlələr radikal qruplara verilmiş dəstək deməkdir" dedi.
 
Çelik Almaniya xarici işlər nazirinin Türkiyəyə silah satışına qarşı açıqlamasına reaksiya göstərərək:" Türkiyə bu silahlardan terrorla mübarizədə, DAEŞ və PKK ilə mübarizədə istifadə edir. Burda məqsəd Türkiyənin terrorla mübarizəsini zəiflətməkdir. Artıq DEAŞ, PKK kimi təşkilatlar Avropa paytaxtlarında də gəzirlər. Bu unudulmasın. Bizim apardığımız mübarizə ilə Türkiyə bir dövlət olaraq öz sərhədlərini qoruyur. Eyni zamanda, Avropanın təhlükəsizliyini və sərhədlərini qoruyur. Bu səbəbdən Türkiyənin terrorla mübarizəsini zəiflətmək Almaniyanın və Avropanın da təhlükəsizliyini zəiflətmək deməkdir"" ifadələrini işlətdi.
 

 



Әlaqәli Xәbәrlәr