Türkiyə heç bir zaman çarəsiz deyildir

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Almaniyanın Türkiyəyə silah satışı ilə bağlı açıqlamasına reaksiya olaraq söylədi.

805888
Türkiyə heç bir zaman çarəsiz deyildir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada rəsmi səfərdə olan Pakistan xarici işlər naziri Xoca Məhəmməd Asıf ilə görüşdü. Görüşdən sonra birgə mətbuat konfransı keçirildi.

Çavuşoğlu Almaniya xarici işlər naziri Sigmar Gabrielin Türkiyəyə silah satışının dayandırılması ilə bağlı söylədikləri barəsində:" Türkiyə olmasaydı alman siyasətçiləri hər halda seçki kampaniyalarına mövzu tapmaqda çətinlik çəkərdilər. Sanki seçkilər Türkiyədə keçiriləcək. Halbuki Almaniyanın və Avropanın başqa məsələləri də var. Əminəm ki, alman xalqının da siyasətçilərindən başqa gözləntiləri var" dedi.

Türkiyənin xarici işlər naziri çıxışına belə davam etdi:" Bu növ yanaşmalar bizim milli müdafiə sənayemizin güclənməsinə vəsilə olur. Bu mənada hər sahədə yerli və milli istehsalın həcmini artırırıq, öz döyüş təyyarələrimizi, helikopterlərimizi istehsal edirik. Türkiyə heç bir zaman çarəsiz deyil. Lakin xarici işlər nazirinin əsas vəzifəsi bütün imkanları ilə öz ölkəsinin başqa ölkələrlə əlaqələrini inkişaf etdirməkdir:

 

 

 

 



Әlaqәli Xәbәrlәr