Alman vətəndaşlarına Türkiyəyə səfərlərlə bağlı xəbərdarlıq etmək üçün bir səbəb yoxdur

Bunu Almaniya kansleri Angela Merkel  Almaniyanın NDR kanalına müsahibə verərkən dedi.

805835
Alman vətəndaşlarına Türkiyəyə səfərlərlə bağlı xəbərdarlıq etmək üçün bir səbəb yoxdur

Almaniya kansleri Angela Merkel Türkiyəyə silah satışının tamamilə qadağan olunmasına qarşı olduğunu bildirdi.
 
 Almaniyanın NDR kanalına müsahibə verən Merkel  alman vətəndaşlarına Türkiyəyə səfərlərlə bağlı  xəbərdarlıq etmək  üçün bir səbəb görmədiyini qeyd etdi.
 
 Almaniya xarici işlər naziri Sigmar Qabriel: "Əslində NATO müttəfiqimizə silah vermək öhdəliyimiz var. Lakin Türkiyəyə silah satışını demək olar ki, tamamilə dayandırdıq" şəklində açıqlama vermişdi.



Әlaqәli Xәbәrlәr