Ərdoğan New Yorkda Trump ilə görüşəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan New Yorkda ABŞ prezidenti DonaldTrump ilə bir araya gələcək.

804146
Ərdoğan New Yorkda Trump ilə görüşəcək

Türkiyə Prezident Aparatı Mətbuat Mərkəzindən verilən məlumata görə, prezident Rəcəb Tayyib Ərdoğan ilə Amerika  Birləşmiş Ştatlarının prezidenti Donald Trump arasında telefon danışığı olub.
 
 Liderlər telefon görüşündə Türkiyə və ABŞ arasındakı strateji tərəfdaşlığa diqqəti çəkiblər, ikitərəfli münasibətlərin daha da gücləndirilməsi və regiondakı sabitliyin artırılması üçün birlikdə işləməyə davam etmənin vacibliyini vurğulayıblar.
 
 Ərdoğan və Trump New Yorkda Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası çərçivəsində görüşmək üçün razılıq əldə ediblər.



Әlaqәli Xәbәrlәr