Ərdoğan Tacikistan prezidənti Rəhman ilə telefonla danışıb

Telefon danışığında ikitərəfli əlaqələr və Myanmada yaşanan insanlıq faciəsi müzakirə edilib.

803157
Ərdoğan Tacikistan prezidənti Rəhman ilə telefonla danışıb

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Tacikistan prezidenti İmaməli Rəhman ilə telefonla danışıb. Telefon danışığında ikitərəfli əlaqələr və Myanmada yaşanan insanlıq faciəsi müzakirə edilib.

Telefon danışığında İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin arakanlıların məruz qaldıqları faciəyə həll yolu tapılması üçün birgə cəhd göstərməsinin daşıdığı əhəmiyyət vurğulanıb və BMT-nin qaldırdığı təşəbbüslərin davam etməsinin vacibliyi dilə gətirilib.

Görüş zamanı iki liderin bir-birlərinin keçmiş Qurban bayramlarını da təbrik etdikləri bildirilib.



Әlaqәli Xәbәrlәr