Şırnak və Ağrıda 7 terrorçu zərərsizləşdirildi

Türkiyə Silahlı Qüvvələrinin Şırnak və Ağrı vilayətinin ərazilərində həyata keçirdiyi hava əməliyyatlarında hərbi bazalara hücum üçün hazırlaşdıqları müəyyənləşdirilən 7 terrorçu zərərsizləşdirilib.

803007

Baş Qərargah Rəisliyinin internet səhifəsindəki məlumata əsasən, Şırnak vilayətinin Silopi ilə Ağrı vilayətinin Diyadin qəsəbəsinin çölündə bazaların yerləşdiyi bölgələrə hücum üçün hazırlaşan terrorçular müəyyənləşdirilib.

Terrorçulara istiqamətli hava hücumunda döyüş təyyarələri 2-si Silopi və 5-i Diyadin qəsəbəsinin ərazilərində olmaqla 7 terrorçunu zərərsizləşdirib.

Digər tərəfdən terror təşkilatından qaçan bir terorrçu Mardin vilayətinin Nusaybin qəsəbəsində təhlükəsizlik qüvvələrinə təslim olub.

Әlaqәli Xәbәrlәr