"Türkiyə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir",M.Çavuşoğlu

Bakıda səfərdə olan Xarici İşlər naziri Mövlud Çavuşoğlu gürcüstanlı və azərbaycanlı həmkarları ilə görüşdən sonra mətbuat konfransı keçirib.

802031
"Türkiyə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir",M.Çavuşoğlu

"Türkiyə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir",M.Çavuşoğlu

Bakıda səfərdə olan Xarici İşlər naziri Mövlud Çavuşoğlu gürcüstanlı və azərbaycanlı həmkarları ilə görüşdən sonra mətbuat konfransı keçirib.

Türkiyə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir.

Bunu Bakıda səfərdə olan Xarici İşlər naziri Mövlud Çavuşoğlu gürcüstanlı və azərbaycanlı həmkarları ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazir deyib ki, Türkiyənin Azərbaycan və Gürcüstanla həyata keçirdiyi layihələr tək bu ölkələrin deyil, regionun rifahı üçündür. 2018-ci ildə TANAP layihəsi başlayacaq. Bu layihə Avropanın enerji təhlükəsizliyinə töhfədir. Bununla yanaşı Bakı-Tiblisi-Qars layihəsi çərçivəsində işlər bitmək üzrədir. Test səfərləri olacaq, bu barədə tarixləri danışdıq. Bu, təkcə 3 ölkəni birləşdirən layihə deyil.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 6-cı toplantısı keçirilib.

Türkiyə, Azərbaycan və Gürcüstanın münaqişələrin həllinə yanaşmasının eyni olduğunu vurğulayan Çavuşoğlu bildirib ki, ərazilərin toxunulmazlığı beynəlxalq hüququnun əsasını təşkil edir və hər üç ölkə bunu dəstəkləyir. Münaqişələrin sülh yolu və diplomatik kanallar vasitəsi ilə həllinə tərəfdarıq. Azərbaycan və Gürcüstanla bağlı münaqişələrin öz vasitəçiləri və beynəlxalq formatlar var. BMT Baş Assambleyasında bu il Azərbaycanla bağlı iki məsələ gündəmdədir. Azərbaycan münaqişənin həllində səylərini davam edir və bu məsələdə beynəlxalq vasitəçilik böyük rol oynayır.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 6-da Bakıda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdü.

Görüşdə iki qardaş dövlət arasında əməkdaşlığın bütün sahələrdə yüksək səviyyəli inkişafından və müxtəlif formatlarda keçirilən görüşlərin ikitərəfli münasibətlərə verdiyi töhfədən məmnunluq ifadə olundu, ikitərəfli əsasda olduğu kimi, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə və Azərbaycan-Türkmənistan-Türkiyə üçtərəfli formatında da əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilərək, gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Nazirlər iki dövlət arasında beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığı və qarşılıqlı dəstəyi yüksək qiymətləndirdilər.

Görüş əsnasında iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının əhəmiyyəti, habelə ticarət-iqtisadi əlaqələrin davamlı, sabit və uzunmüddətli inkişafının təmin edilməsində Azərbaycan-Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Komissiyanın vacib rolu qeyd edildi.

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tezliklə istifadəyə veriləcəyi qeyd olunaraq, bu layihənin region və onun hüdudlarından kənarda inkişafa və tərəqqiyə xidmət edəcəyi bildirildi. Eyni zamanda, iki ölkənin nümayiş etdirdiyi qəti siyasi iradəyə uyğun olaraq, Trans-Anadolu (TANAP) layihəsinin də müəyyən olunmuş vaxt çərçivəsində icra ediləcəyinə əminlik ifadə olundu.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi və Ermənistanın qeyri-konstruktiv siyasəti barədə məlumat verdi. O, münaqişənin həllində irəliləyişə nail olmaq üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu bildirdi.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı. 



Әlaqәli Xәbәrlәr