Türkiyə Arakan müsəlmanlarına yardım icazəsi aldı

Türkiyə Cümhurbaşkanlığı sözçüsü İbrahim Kalın bu barədə deyib ...

801745
Türkiyə Arakan müsəlmanlarına yardım icazəsi aldı

  Türkiyə Cümhurbaşkanlığı sözçüsü İbrahim Kalın bildirib ki, ölkə başçısı Rəcəb Tayyib Ərdoğan Myanma Xarici İşlər naziri Aunq San Suu Çiinlə danışdıqdan sonra bölgəyə ilk xarici yardım olaraq Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi – TİKAnın girişinə icazə verilib.

  İbrahim Kalın bu barədə yazılı şərhində deyib. Məlumatda yazılır:

  “Min tonluq yardım edilməsinə icazə verildi. Yardımlar hücumlar nəticəsində yüzlərlə ailənin evindən-eşiyindən didərgin salındığı Rakhaynın şimal bölgəsi Mauntau və Buti Taunqa göndəriləcək…

  Təcili yardım paketləri təməl qida maddəsi olan düyü, qurudulmuş balıq və geyim vəsaitindən ibarətdir…

  Bölgədəki qeyri-müəyyənlik və təhlükə Türkiyəni narahat edir. Rakhayn Əyalət hökuməti ilə iş birliyi içində 6 sentyabr tarixindən hərbi vertolyotlar yardımları çatdırmağa çalışacaq. Türkiyənin yardımları bunlarla qalmayacaq. Qida və geyimdən başqa dərman və digər səhiyyə vəsaitləri də nizamlı aralıqlarla Rakhayna göndəriləcək…

  Son hadisələrdən qaçaraq Banqladeşə sığınan Arakan müsəlmanlarının sayı 100 mini keçib.”

 



Әlaqәli Xәbәrlәr