Terror tәşkilatı PKK-ya ağır zәrbәlәr endirilib

Türkiyәnin Şırnak vә Diyarbәkir şәhәrlәrindә terror tәşkilatı PKK-ya qarşı keçirilәn әmәliyyatlar nәticәsindә 3 terrorçu mәhv edilib, 1 terrorçu isә yaralı olaraq әlә keçirilib.

801453

Şırnakın Tahtakayalıkları bölgәsindә aparılan әmәliyyatlar zamanı tәhlükәsizlik qüvvәlәri ilә terrorçular arasında baş verәn qarşıdurma nәticәsindә 2 terrorçu zәrәrsizlәşdirilib.

Diyarbәkirin Licә qәsәbәsinin Çavundur vә Bağlan kәndlәrindә keçirilәn әmәliyyatlar nәticәsindә isә  bir terrorçu mәhv edilib, biri dә yaralı olaraq әlә keçirilib.

Ölü olaraq әlә keçirilәn terrorçunun 2016-cı ilin 12 may tarixindә Dürümlüdә 16 nәfәrin hәyatını itirdiyi, 23 nәfәrin dә yaralandığı bombalı hücumu törәdәnlәr arasında olduğu müәyyәnlәşdirilib.

Әmәliyyat nәticәsindә terrorçulara mәxsus çox sayda silah-sursat әlә keçirilib.

Digәr tәrәfdәn Türkiyә Silahlı Qüvvәlәrinin İraqın şimalında yerlәşәn Zap bölgәsinә tәşkil etdiyi hava әmәliyyatı nәticәsindә terror aktı törәtmәyә hazırlaşan  8 terrorçu mәhv edilib.

Әlaqәli Xәbәrlәr