“Öz problemləri ilə maraqlansalar daha yaxşı olar”

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Almaniyadakı seçkinin bu ölkədə keçirildiyini, Almaniyanın öz problemləri ilə maraqlanmasının daha yaxşı olacağını söylədi.

800983
“Öz problemləri ilə maraqlansalar daha yaxşı olar”

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Almaniyadakı seçkinin bu ölkədə keçirildiyini, Almaniyanın öz problemləri ilə maraqlanmasının daha yaxşı olacağını söylədi.

Çavuşoğlu Sloveniyada keçirilən 12-ci Bled Strateji forumunda iştirak edərək “Yeni bir rəallıq üçün yeni bir dünyagörüşü” mövzulə paneldə iştirakçılara müraciət etdi.

Çavuşoğlu çıxışında Almaniyada keçirilən seçki kampaniyasında kanslər Merkelin daha çox Türkiyənin Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Macaristanın Baş naziri Viktor Orbanın adını çəkdiyini söylədi.

Almaniyadakı seçkinin Türkiyədə keçirilmədiyini, Avropa İttifaqına üzv ölkələrdəki mərkəzi partiyalarda irqçi ifadələrdən istifadə edilərək itirdikləri səsləri geri almağa cəhd etdiklərini bildirən Çavuşoğlu İttifaqa üzvlüyün Türkiyə üçün hələ də strateji hədəf olduğunu vurğuladı.

Xarici İşlər naziri Çavuşoğlu Türkiyədəki çevriliş cəhdindən sonra görülən tədbirlərlə əlaqəli tənqidlərə də toxunaraq deyib ki, İngiltərə, Almaniya yaxud da Fransadakı dövlət qurumlarında DEAŞ üzvü olduğunu düşünsək. Bu ölkələr hansı addımları atardı? Hansı ölkədə terror hücumu olsa vacib olan bütün tədbirlər görülər. Türkiyə də terror hücumları qarşısında tədbirlər görür və görməkdə davam edəcəkdir.



Әlaqәli Xәbәrlәr