Türkiyə XİN bəyanat yaydı

Türkiyə Xarici işlər Nazirliyi Şimali Koreyanın hidrogen bombası sınağını sərt şəkildə qınadı.

800543
Türkiyə XİN bəyanat yaydı

Türkiyə Xarici işlər Nazirliyi Şimali Koreyanın hidrogen bombası sınağını sərt şəkildə qınadı.
 
  Nazirliyin yaydığ bəyanatda deyilir: "Koreya Demokratik Xalq Respublikasının beynəlxalq hüquq normalarını pozaraq, regional sülh və təhlükəsizlik məsələlərinə əhəmiyyət verməyərək keçirdiyi hidrogen bombası sınağını məsuliyyətsiz və provakativ  bir akt  olaraq dəyərləndiririk və sərt şəkildə qınayırıq". 
 
Qeyd edək ki, Şimali Koreya rəsmiləri yeni yaratdıqları qitələrarası balistik raketə yüklənə biləcək  hidrogen bombasını sınaqdan keçirdikləri barədə məlumat vermişdilər. Sınaqdan sonra bölgədə səhər saatlarında zəlzələ olub. Şimali Koreya mətbuatındakı xəbərlərdə sınağın ölkənin lideri Kim Jong-unun əmri ilə keçirildiyi və uğurlu olduğu bildirilir.



Әlaqәli Xәbәrlәr