İsmayıl Hakkı Musa Türkiyə-Fransa münasibətlərindən danışdı

Türkiyənin Fransadakı səfiri İsmayıl Hakkı Musa Türkiyənin Fransa ilə münasibətlərini dəyərləndirdi.

799920
İsmayıl Hakkı Musa Türkiyə-Fransa münasibətlərindən danışdı

Türkiyənin Fransadakı səfiri İsmayıl Hakkı Musa Türkiyənin Fransa ilə bir sıra sahədə əməkdaşlq  etdiyini bildirdi, bu vəziyyətin qarşılıqlı səfər proqramında da əks olunduğunu qeyd etdi.
 terrori
 Musa 14-15 sentyabr taixlərində Fransa xarici işlər naziri Jean-Yves Le Drianın Türkiyəyə səfər edəcəyini və  səfər zamanı regional və terrorizmlə mübarizədə əməkdaşlııq məsələlərinin müzakirə  olunacağını söylədi.
 
Səfir Türkiyənin Avropa İttifaqı işləri üzrə naziri və başməruzəçi Ömər Çelikin də sentyabr ayında, və ya oktyabrın əvvəlində Parisə səfər edəcəyi barədə məlumat verdi.
 
 İsmayıl Hakkı Musa raket əleyhinə müdafiə sistemləri məsələsində Fransa və İtaliya ilə yeni və  əhatəli  əməkdaşlığın başlanıldığını, iki ölkə ilə texnologiya transferini də nəzərdə tutan bir layihə üzərində işlənildiyini  bildirdi.
 
 Türkiyə səfiri  müdafiə sənayesi sahəsindəki əməkdaşlığa diqqət çəkdi, iqtisadi, ticarət, mədəni, siyasi sahələrə aid əlaqələrdə problemin olmadığını qeyd etdi.
 
 Musa: " Son dövrdə terrorizmlə mübarizə sahəsində Fransa ilə intensiv şəkildə əməkdaşlıq edirik. PKK və FETÖ ilə mübarizədə  DEAŞ-la  mübarizədəki qədər məsafə qət etməmişik, amma danışıqlarımız davam edir" dedi.

Səfir prezident Rəcəb Tayyib Ərdoğanın bu ilin sonu, və ya növbəti ilin ilk yarısında Fransaya səfəri ilə bağlı hazırlıqların başladığı barədə də məlumat verdi.
 
 



Әlaqәli Xәbәrlәr