Arakandan heç kim danışmasa da, biz danışacağıq

Bunu Türkiyə prezidenti və Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan  partiyasının İstanbul Şəhər Şöbəsi tərəfindən Haliç Konqres Mərkəzində təşkil olunan bayram mərasimindəki çıxışında bildirdi.

799949
Arakandan heç kim danışmasa da, biz danışacağıq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Arakanda müsəlmanlara qarşı törədilən qətliama dünya səssiz qalsa da,Türkiyənin səssiz qalmayacağını bildirdi.
 
 Türkiyə prezidenti  və Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan  partiyasının İstanbul Şəhər Şöbəsi tərəfindən Haliç Konqres Mərkəzində keçirilən bayram mərasimində çıxış etdi.
 
 Prezident çıxışında Arakan müsəlmanlarına qarşı törədilən qətliamlardan da danışdı.
 
 Ərdoğan: "Üç  gündür Arakanla əlaqədar olaraq İslam Əməkdaşlıq Təşkilatının hazırkı sədri olaraq dövlət başçılarına zəng edirəm. Birləşmiş Millətlər Təşkilatının baş katibi və başqaları ilə telefonla görüşdüm, onları məsələ ilə bağlı həssaslıq nümayiş etdirməyə dəvət etdim" dedi.
 
Türkiyə prezidenti sentyabr ayının 19-dan etibarən BMT Baş Məclisinin toplanacağını qeyd edərək: "BMT-də müsəlmanlara edilən zülmləri  fərqli bir şəkildə dilə gətirəcəyik və bu məsələni BMT Baş Məclisinin kürsüsündən bütün dünyaya  hayqıracağıq. Bunları ikitərəfli görüşlərdə də müzakirə edəcəyik. Heç kim danışmasa da biz danışacağıq" dedi.



Әlaqәli Xәbәrlәr