Binəli Yıldırım  xalqı Qurban bayramı münasibətilə təbrik etdi

Türkiyənin baş naziri Binəliı Yıldırım şər mərkəzlərinin məqsədlərinə çata bilməyəcəklərini bildirdi.

799474
Binəli Yıldırım  xalqı Qurban bayramı münasibətilə təbrik etdi

Türkiyənin baş naziri Binəli Yıldırım  xalqa Qurban bayramı təbrikilə müraciət etdi.

Baş nazir təbrikində bayramın Türkiyəyə, İslam aləminə və bütün bəşəriyyətə əmin-amanlıq, sülh gətirməsini arzulayaraq: "Terrorla, zorakılıqla ölkəmizə və bütün İslam dünyasına ağrı-acı yaşatmaq istəyən şər mərkəzləri  heç vaxt məqsədlərinə çatmayacaqlar və məhv olacaqlar. Türkiyə Cümhuriyyəti olaraq bütün təşkilatlarımızla hüququn üstünlüyünü, tam demokratiyanı, ədaləti və milli tərəqqini təmin edəcəyik, gücümüzə güc qatacağıq və məzlumların yanında, zalımların qarşısında olmağa davam edəcəyik. Millətimizin birliyinə yönəlmiş əməllərə qarşı əsla qəflətdə olmayacağıq, bir-birimizin hüququna sahib çıxacağıq, qardaşlığımız əbədi olacaq" ifadələrini işlətdi.
 
 Yıldırım hacıların həcc ziyarətlərinin, qurban kəsənlərin qurbanlarının qəbul olunmasını arzulayaraq:" Sevgi və mərhəmətin bütün cəmiyyətə yayıldığı, narazılıqların aradan qalxdığı və ehtiyacı olanların qorunduğu əmin-amanlıq dolu bir bayram keçirməyinizi arzulayıram. Bayramı müharibələrin kölgəsində keçirmək məcburiyyətində olan İslam ölkələrinin yaşadığı ağrı-acılara tezliklə son qoyulması və mübarək bayramların firavanlıq içində keçirilməsi ən böyük arzumuzdur. Millətimizin birliyini və ölkəmizin təhlükəsizliyini təhdid edən bütün terror təşkilatlarını tamamilə dəf etmək əzmilə həm ölkə daxilində, həm də sərhədlərimizdən kənarda böyük bir mübarizə aparırıq. Bu mübarizədə yanımızda olan 80 milyon vətəndaşımıza təşəkkür edirəm" dedi.



Әlaqәli Xәbәrlәr