Türkiyə XİN bəyanat yaydı

İraq Kürd Regional Rəhbərliyinin sentyabrın 25-də keçirilməsi planlaşdırılan referendum qərarına reaksiyalar davam edərkən bölgədə gərginliyi artıran proseslər də baş verdi.

798542
Türkiyə XİN bəyanat yaydı

İraq Kürd Regional Rəhbərliyinin sentyabrın 25-də keçirilməsi planlaşdırılan referendum qərarına reaksiyalar davam edərkən bölgədə gərginliyi artıran proseslər  baş verdi. 
 
 Kərkük Vilayət Məclisi Kərkükün də referenduma qatılmasına dair qərar qəbul etdi.
 
 Türkiyə bu qərarla əlaqədar xəbərdarlıq etdi, qərarın səhvlər zəncirinə yeni bir halqa əlavə edəcəyinə diqqət çəkdi.
 
 Türkiyə Xarici İşlər Nazirliyi yadığı bəyanatda:"Müstəqillik referendumunun keçirilməsi haqqındakı qərar özü səhf bir addımdır. Kərkükün referenduma daxil edilməsi qərarı səhvlər zəncirinə yeni bir halqa əlavə etdi. Bu, İraq Konstitusiyasının bir daha da ciddi şəkildə pozulmasıdır" deyilir.
 
 Xarici İşlər Nazirliyi həmin qərarın Kərkük əhalisinin əksəriyyətini təşkil edən Türkmən və ərəblərr tərəfindən boykot edildiğini də vurğulayır.
 
Bəyanatda:"Sözügedən mövzu ilə bağlı təhlükəli hərəkət tərzinin təkidlə davam etdirilməsi İraq Kürd Regional Rəhbərliyinin  və İraqın marağına xidmət etməyəcək və beynəlxalq ictimaiyyət tərəfindən də qəbul olunmayacaq. Eyni zamanda, həlledici proseslərin yaşandığı bu dövrdə bölgənin sülh və sabitliyinə də töhfə verməyəcək" ifadələri işlədilir.



Әlaqәli Xәbәrlәr