Tanınmış siyasətçilər və dövlət adamları Türk xalqını Zəfər Bayramı münasibətilə təbrik etdilər

Bu gün 30 Avqust Zəfər Bayramının 95-ci ildönümüdür.

798534
Tanınmış siyasətçilər və dövlət adamları Türk xalqını Zəfər Bayramı münasibətilə  təbrik etdilər

 Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahraman, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müxalifət liderləri və nazirlər Türk xalqını Zəfər Bayramı münasibətilə təbrik etdilər.

 Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahraman təbrikində: "Millətimiz keçmişdən bu günümüzə qədər işğal və istila cəhdlərinə qarşı böyük bir həmrəylik ruhu ilə gənc-qoca, qadın-kişi demədən bütünlüklə mübarizə edərək, müstəmləkəçi qüvvələrin Anadoludakı əməllərinə imkan verməyəcəyini hər kəsə isbat etmişdir" dedi.

 İsmayıl Kahraman təbrikində millətin mübarizəsinin ən mühüm mərhələlərindən birini İstiqlal Savaşının təşkil etdiyini bildirdi, bu gün də fəaliyyətlərini davam etdirən imperialist qüvvələrin  millətə geyindirmək istədikləri  əsarət kəfəninin aparılan şanlı mübarizə ilə yırtıldığını qeyd etdi və:"İstiqlal Savaşında qazandığımız qələbələrin nəticəsi 30 avqust 1922-ci il tarixindəki  Baş Komandanlıq Meydan Döyüşü oldu. Beləliklə, tariximizə "qələbələr ayı" kimi həkk olunan avqustda əldə olunan böyük qələbə ilə dünyadakı bütün məzlum millətlərin son qalası və ümidi olan Anadolunun işğalının qarşısı alındı. İslam ilə şətəfləndiyimiz gündən etibarən Haqqı üstün tutmaq və ədaləti dünyaya yaymaq üçün mübarizə aparan əziz millətimiz qazandığı qələbə ilə onu məhv etmək istəyən Qərb qüvvələri qarşısındakı 200 illik geri çəkilməsinə də son qoydu. Millətimiz 95 il əvvəlki imperialist istilaya örtülü bir şəkildə 15 iyul 2016-cı il tarixində də məruz qaldı. Fətullahçı Terror Təşkilatının (FETÖ)  xain təşəbbüsü başda Cənab Prezidentimiz olmaqla, millətimizin səyi ilə dəf edildi. Böyük qələbənin 95-ci ildönümünü təbrik edir, şanlı tariximizə qızıl hərflərlə yazılan qələbəni qazanan ordumuzun baş komandanını, sərkərdələrini, Mehmetciklərini, əziz şəhidlərimizi və qəhrəman qazilərimizi rəhmət və minnətdarlıqla yad edirəm" ifadələrini işlətdi.

 Baş nazirin müavini Bəkir Bozdağ  sosial mediada paylaşdığı təbrikində:" 30 Avqust bütün dünyaya Anadolunun Türk vətəni olduğunun və qiyamətə qədər də belə qalacağının öyrədildiyi gündür" dedi.

  Milli müdafiə naziri Nurəddin Canikli  30 Avqust Zəfər Bayramının 95i-ci ildönümü münasibətilə yaydığı təbrik məktumunda:" Müstəqilliyimizə və bölünməz bütövlüyümüzə qəsd edənlərə qarşı mübarizəmiz eyni əzm və qətiyyətliliklə davam edir" dedi.

   Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Hulusi Akar xalqı təbrik edərək:" Türk Silahlı Qüvvələri vətən torpaqlarında son terrorçunu məhv edənədək mübarizə və qələbə əldə etmə əzmindədir". dedi.

  Millətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bahçeli Zəfər Bayramını:"30 Avqust 1922-ci il bitdi sayılan, söndü hesab edilən istiqlal günəşinin vətən səmalarında yenidən doğması, yenidən parlaması tarixidir " deyərək səciyyələndirdi.

  Cümhuriyyət Xalq Partiyasının sədri (CHP) Kamal Kılıçdaroğlu yaydığı təbrikdə:" Əziz Millətimiz "Ya İstiqlal, Ya ölüm" deyərək çıxdığı yolda hədəfinə çatdı, bu torpaqlarda yaşayan insanların heç vaxt əsir yaşamayacağını bütün dünyaya göstərdi" dedi.

 



Әlaqәli Xәbәrlәr