Rəcəb Tayyib Ərdoğan və dövlət rəsmiləri Anıtqəbri ziyarət etdilər

30 Avqust Zəfər Bayramının 95-ci ildönümü bütün Türkiyədə miqyasında təntənə ilə qeyd olunur.

798767
Rəcəb Tayyib Ərdoğan və  dövlət rəsmiləri Anıtqəbri ziyarət etdilər

30 Avqust Zəfər Bayramının 95i-ci ildönümü bütün Türkiyədə miqyasında təntənə ilə qeyd olunur.
 
 Ankaradakı tədbirlərin ilk ünvanı Anıtqəbir oldu.
 
 Dövlət adamları Atatürkün mavzoleyinə gedərək  əklillər qoydular.
 
 Prezident  Rəcəb Tayyib Ərdoğan Mavzoleyin xatirə kitabına ürək sözlərini yazdı. 

 Ərdoğan yazısında 15 iyul gecəsi xalqın göstərdiyi müqaviməti qeyd edərək, bunları yazdı: "Əziz Atatürk, böyük Qələbənin 95-ci ildönümünü  bir daha fəxrlə qeyd edirik, Qurtuluş Savaşımızın uğurla bitməsinin müjdəçisi olan bu tarixi qələbəni Malazgirtdən günümüzə qədər uzanan çətin mübarizə zəncirinin çox əhəmiyyətli bir halqası olaraq görürük. 30 Avqustda qazandığımız qələbədən aldığımız güclə Respublikamızı qurarkən məqsədimiz müasir mədəniyyət səviyyəsinə çatmaq idi. Türkiyə  hədəfləri istiqamətində yoluna davam edir. 15 iyul gecəsi nümayiş olunan qəhrəman müqavimət ölkəmizin iqtisadi və siyasi müstəqilliyinə qarşı bütün hücumları dəf etmə istiqamətindəki əzmini ortaya qoydu. Əziz şəhidlərimizin və qəhrəman qazilərimizin bizə əmanəti olan bu vətənə canımız bahasına sahib çıxmağa davam edəcəyik. Ruhunuz şad olsun"



Әlaqәli Xәbәrlәr