Prezident Rəcəb Tayyib Ərdoğan Türk xalqının 30 Avqust Zəfər Bayramını təbrik etdi

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan əziz Türk millətini və Şimali Kıbrıs (Kipr) Türk Respublikasındakı Türk vətəndaşlarını 30 Avqust Zəfər Bayramı münasibətilə təbrik etdi.

798571
Prezident Rəcəb Tayyib Ərdoğan Türk xalqının 30 Avqust Zəfər Bayramını təbrik etdi

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan əziz Türk millətini və Şimali Kıbrıs (Kipr) Türk Respublikasındakı Türk vətəndaşlarını 30 Avqust Zəfər Bayramı münasibətilə təbrik etdi.
  
 Ərdoğan Türk millətinin 1919-cu ildə Samsunda Qazi Mustafa Kamalın liderliyi ilə başlayan İstiqlal Mübarizəsinin bütün yoxsulluq və imkansızlıqlara baxmayaraq,  30 Avqust Baş Komandanlıq Meydan Müharibəsində qələbə ilə nəticələndiyini xatırlatdı və təbrikinə belə davam etdi:" 30 Avqust Zəfəri millətimizin canından daha əziz bildiyi vətən torpaqlarında müstəqil yaşamaq iradəsinin bütün dünyaya elanıdır. Bu qələbə siyasi və sosial nəticələri etibarilə tarixi istiqamətləndirmiş, imperialistlərə qarşı İstiqlal Savaşı aparan bir çox məzlum xalqlara ilham və ümid mənbəyi olmuşdur. Türkiyə  95 il əvvəl olduğu kimi, iqtisadi və siyasi müstəqilliyinə qarşı təhdidləri, hücumları və təxribat cəhdlərini dəf etmək məsələsində eyni qətiyyətini mühafizə edir. FETÖ, DEAŞ, PKK, PYD kimi əliqanlı terror təşkilatlarına qarşı hüquq, ədalət və demokratiya çərçivəsində apardığımız amansız mübarizə bu məsələdə həssaslığımızin ən bariz nümunəsidir".

Türkiyənin gələcək dövrlərdə də ona qarşı yönələn təhdidləri yerindəcə zərərsizləşdirməyə davam edəcəyini vurğulayan prezident bunları qeyd etdi: "Şübhəsiz bu çətin prosesdə ən böyük güc mənbəyimiz bir millət, bir bayraq, bir vətən və bir dövlət prinsipləri ətrafında bütünləşən millətimizin birlik və bərabərliyi, dost ölkələrin dəstəyidir. Əziz millətimiz 15 İyul dövlət çevrilişi cəhdi qarşısında nümayiş etdirdiyi  müqavimətlə "Ya azadlıq, ya ölüm" seçimi ilə üzləşərkən nələri gözə ala biləcəyini göstərdi. Türk Milləti o gecə 250 şəhid və 2 min 193 qazi bahasına yalnız dövlət çevrilişi cəhdini dəf etmədi, eyni zamanda, ölkəsinə, demokratiyasına və azadlığına sahib çıxma iradəsini də ortaya qoydu. Çanaqqalanı alınmaz edən, Qurtuluş Savaşımızı qələbə ilə bitirən, son olaraq da, 15 İyul gecəsi bütün ölkə ərazisində  ayağa qalxan bu iradə ilə ölkəmiz hər cür çətinliyin öhdəsindən gələcək güc və qabiliyyətə malikdir. Çevriliş cəhdi və terror hücumları başda olmaqla, yaşadığımız imtahanlara baxmayaraq, son bir ildə iqtisadiyyatda, yatırımlarda və gələcək demokratiya yolunda əldə etdiyimiz uğurlar bunun ən bariz sübutudur. Bu münasibətlə bir daha Respublikamızın banisi, Böyük Döyüşün Baş Komandanı Qazi Mustafa Kamalı və silahdaşlarını minnətdarlıqla yad edir, bütün şəhidlərimizə və qazilərimizə Allahdan rəhmət diləyirəm. 30 Avqust Zəfər Bayramımız mübarək olsun".



Әlaqәli Xәbәrlәr