Türkiyə XİN bəyanat yaydı

Türkiyə DEAŞ terror təşkilatı tərəfindən İraqın paytaxtı Bağdadda törədilən terror aktını qınadı.

798284
Türkiyə XİN bəyanat yaydı

Türkiyə Xarici İşlər Nazirliyinin  yaydığı bəyanatda Bağdadda törədilən və terror təşkilatı DEAŞ-ın üzərinə götürdüyü bombalı terror aktında ilkin məlumatlara görə, ən azı 12 iraqlının həlak olduğu və çox sayda insanın yaralandığı barədə xəbərin böyük kədərlə qarşılandığı bildirildi.

Bəyanatda:"Bu mənfur terror aktını şiddətlə qınayır, dost və qardaş İraq xalqına başsağlıqı, həyatını itirənlərə Allahda rəhmət və yaralılara şəfa diləyirik" ifadəsi işlədilir.

 

 



Әlaqәli Xәbәrlәr