Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yaydı

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı 17-24 avqust tarixləri arasında separatçı terror təşkilatı PKK ilə mübarizə əməliyyatlarında 43 terrorçunun zərərsizləşdirildiyini bildirdi.

797295
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yaydı

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı 17-24 avqust tarixləri arasında separatçı terror təşkilatı PKK ilə mübarizə əməliyyatlarında 43 terrorçunun zərərsizləşdirildiyini bildirdi.
 
 Baş Qərargahdan verilən məlumatda Şırnak, Diyarbəkir və Hakkaridə keçirilən əməliyyatlarda separatçı terror təşkilatına ağır zərbə endirildiyi bildirilir.
 
 Əməliyyatlarda çox sayda silah və sursat da ələ keçirilib.
 
 Terrorçular tərəfindən istifadə edilən 14 sığınacaq, mağara və anbar məhv edilib.
 
 Məlumatda Hakkari Çukurcada  2 terrorçunun məhv edildiyi qeyd olunur.
 
 Suriyanın şimalında sərhəd təhlükəsizliyini təmin etmək, terror təşkilatı DEAŞ-ın təhdid və hücumlarının qarşısını almaq, qaçqınların evlərinə qayıdışına imkan yaratmaq, vətəndaşları qorumaq və terrordan  zərər görmələrinin qarşısını almaq məqsədilə təşkil olunan əməliyyatlar davam edir.
 
 Türkiyə Silahlı Qüvvələri tərəfindən  dəstəklənən Azad Suriya Ordusu  Azez-Cerablus arasındakı 243 yaşayış məntəqəsini -2 min 15 kvadrat kilometr sahəni nəzarəti altında saxlayır.
 
 Bab rayon mərkəzi Kabbasin və Bzagah bölgələrinin partlayıcı və minadan təmizlənmə işləri davam etdirilir.
 
 Terror təşkilatı PKK/PYD qüvvələrinin Afrindən şərqə, Münbiçdən qərbə doğru olan hücumlarını dayandırmağa yönəlmiş əməliyyatlar davam edir.



Әlaqәli Xәbәrlәr