Türkiyə XİN bəyanat yaydı

Türkiyə Əfqanıstanın paytaxtı Kabildə 20 nəfərin həlak olduğu, 40 nəfərin yaralandığı məsciddə törədilən terror hücumunu qınadı.

797004
Türkiyə XİN bəyanat yaydı

Türkiyə Əfqanıstanın paytaxtı Kabildə 20 nəfərin həlak olduğu, 40 nəfərin yaralandığı məsciddə törədilən terror hücumunu qınadı.
 
Xarici İşlər Nazirliyinin bəyanatında Kabildə məscidi hədəf alan terror hücumunda həlak olanların və yaralıların olduğunun böyük kədərlə öyrənildiyi bildirildi.
 
 Bəyanatda: "İbadətlərini yerinə yetirən günahsız vətəndaşları hədəf alan xain terror hücumunu sərt şəkildə qınayır, həyatını itirənlərə Allahdan rəhmət, yaralılara təcili şəfa, ölənlərin yaxınlarına, Əfqanıstan hökuməti və qardaş Əfqan xalqına başsağlığı diləyirik. Bu alçaq terror hücumu Əfqanıstanın üzləşdiyi imtahanlarla mübarizədəki əzmini zəiflətməyəcək. Türkiyə terrorizmə qarşı dost və qardaş Əfqan xalqı ilə həmrəy olmağa və Əfqanıstan hökumətinə tam dəstək verməyə davam edəcəkdir" ifadələri işlədilir.



Әlaqәli Xәbәrlәr