Mövlud Çavuşoğlu Türkiyə-Rumıniya-Polşa Üçtərəfli Xarici İşlər Nazirləri Toplantısına qatıldı

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO-nun şərq qanadındakı müttəfiqlərinin gözləntilərinin qarşılanmasının vacibliyini vurğuladı.

796983
Mövlud Çavuşoğlu Türkiyə-Rumıniya-Polşa Üçtərəfli Xarici İşlər Nazirləri Toplantısına qatıldı

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu  Polşanın paytaxtı Varşavada Türkiyə-Rumıniya-Polşa Üçtərəfli Xarici İşlər Nazirləri Toplantısının plenar iclasında iştirak etdi.


Çavuşoğlu iclasdan sonra Polşa xarici işlər naziri Witold Waszczykowski və Rumıniya xarici işlər naziri Teodor Melescanu ilə keçirilən birgə mətbuat konfransında çııxış etdi.
 
 Türkiyə-Rumıniya-Polşa Üçtərəfli Xarici İşlər Nazirləri Toplantısının bir il əvvəl Ankarada keçirildiyini xatırladan Türkiyə naziri 15 İyul dövlət çevrilişi cəhdindən sonra iki ölkə xarici işlər nazirlərinin dəstəklərini göstərmək üçün Türkiyəyə səfər etdiklərini qeyd edərək təşəkkürünü ifadə etdi.
 
 Çavuşoğlu iclasa  NATO Baş Katibi Jens Stoltenbergin də qatıldığını,  səmərəli fikir mübadiləsi aparıldığını bildirdi.
 
 Nazir ittifaqın şərq qanadındakı müttəfiqlərin gözləntilərinin qarşılanmasının vacibliyini vurğuladıqlarını dilə gətirdi.
 
 Çavuşoğlu gələn il keçiriləcək NATO sammiti və ittifaqın genişlənməsi haqqındakı fikirləri bölüşdüklərini, müttəfiqlərin bir-birini necə dəstəkləyə biləcəkləri və Aİ-nin rolu kimi məsələlər ətrafında da  danışdıqlarını qeyd etdi.
 
 Nazir üç ölkə arasında Ukrayna, Krım, Qara Dəniz, Suriya, İraq və NATO-nun şərq qanadı haqqında fikir birliyini vurğuladı, həmkarlarına Suriyadakı mövcud vəziyyət, İraqa etdiyi son səfərlə bağlı məlumat verdiyini bildirdi.
 

 Witold Waszczykowski də üç ölkənin görüşünün artıq ənənəvi hala gəldiyini, bölgədəki vəziyyəti qiymətləndirdiklərini, NATO çərçivəsində regional əməkdaşlıq mövzusunu müzakirə etdiklərini qeyd etdi.
 
 Polşanın xarici işlər naziri Rusiya ordusunun təlimləri ilə bağlı vəziyyətdən da danışdıqlarını və təlimlərlə bağlı narahatlıqlarını bölüşdüklərini bildirdi.



Әlaqәli Xәbәrlәr