Binəli Yıldırım xalqı Zəfər Həftəsi münasibətilə təbrik etdi

Türkiyənin baş naziri Binəli Yıldırım: "Vətənini, bayrağını və istiqlalını qorumaq üçün dəfələrlə imtahanlardan keçən Türk milləti ən çətin şərtlər altında belə inandığı dəyərlərdən əl  çəkməyib" dedi.

796972
Binəli Yıldırım xalqı Zəfər Həftəsi münasibətilə təbrik etdi

Türkiyə Nazirlər Kabinetinin Mətbuat Mərkəzindən verilən məlumata görə,ölkənin baş naziri Binəli  Yıldırım Zəfər Həftəsi münasibətilə xalqı təbrik edib.
 
Yildırım təbrikində: "Türk tarixinin unudulmaz qələbələrini xatırlamağa vəsilə olan Zəfər Həftəsini ən səmimi duyğularımla təbrik edirəm" yazaraq  Türk millətinin 1071-ci ildə Malazgirt Zəfəri ilə Anadolu torpaqlarını vətən edərək, bu coğrafiyada ədalət və sülhün bərqərar olması üçün əsrlərlə mübarizə apardığını vurğulayıb.
 

Baş nazir təbrikində: "Vətənini bayrağını və istiqlalını qorumaq üçün dəfələrlə imtahanlardan keçən Türk milləti ən çətin şərtlər altında belə məzlumun yanında, zalımın qarşısında dayanıb, inandığı dəyərlərdən əl çəkməyib. Qazi Mustafa Kamalın liderliyi ilə qazandığımız 30 Avqust Zəfəri tarixin başqa bir dönüş nöqtəsi oldu, millətimizə əsarəti rəva görənlər o gün unuda bilməyəcəkləri bir məğlubiyyətə uğradılar. Zəfər Həftəsi münasibətilə Qazi Mustafa Kamal və silahdaşları başda olmaqla, bütün qəhrəmanlarımızı minnətdarlıq hisssi ilə yad edirəm. Türkiyə Silahlı Qüvvələrinin bütün əməkdaşlarını və bütün vətəndaşlarımızı sevgi ilə salamlayıram" deyib.



Әlaqәli Xәbәrlәr