Xarici işlər naziri Mevlüt Çavuşoğlu, Polşaya gedir

Çavuşoğlu, Türkiyə-Rumıniya-Polşa Xarici işlər nazirlərinin 25 Avqust 2017 tarixində təşkil ediləcək növbəti yığıncağına qatılacaq.

796029
Xarici işlər naziri Mevlüt Çavuşoğlu, Polşaya gedir

Xarici işlər naziri Mevlüt Çavuşoğlunun Polşaya səfəri çərçivəsində bu ölkədə yaşayan Türkiyə Vətəndaşlarıyla bir araya gəlməsi gözlənilir.

İlki 9 İyun 2016 tarixində Varşavada, ikincisi 25 Avqust 2016-da Ankarada baş tutan siyasi-hərbi məsləhətləşmə yığıncağının Polşada keçiriləcək üçüncü yığıncağında, terrora qarşı mübarizə, NATO-nun rolu başda olmaqla, NATO-nun Dövlət və Hökumət Başçılarının Uels, Varşava və Brüssel zirvə toplantılarında qəbul etdikləri qərarlar çərçivəsində, NATO-nun şərq və cənub cinahlarındakı təhlükəsizlik haqqında fikir mübadiləsi ediləcək.

Eyni tarixdə Varşavada olması nəzərdə tutulan NATO-nun baş katibi Jens Stoltenberg də iclasın bir hissəsinə qatılacaq.



Әlaqәli Xәbәrlәr