“Türkiyə Asiya qitəsindəki ölkələrlə ticarət əlaqələrini gücləndirəcək”, B.Yıldırım

Baş nazir Binəli Yıldırım Türkiyənin Asiya qitəsində yerləşən ölkələrlə ticarət əlaqələrini gücləndirəcəyini söyləyib.

795585
“Türkiyə Asiya qitəsindəki ölkələrlə ticarət əlaqələrini gücləndirəcək”, B.Yıldırım

Baş nazir Binəli Yıldırım Türkiyənin Asiya qitəsində yerləşən ölkələrlə ticarət əlaqələrini gücləndirəcəyini söyləyib.

Baş nazir bunu Vyetnamda iki ölkə arasındakı İş Forumunda deyib.

Baş nazir Binəli Yıldırım Forumda etdiyi çıxışda iki ölkə iş adamlarının bir araya gələrək nələr həyata keçirə biləcəklərini dəyərləndirmələrini arzu etdiklərini bildirərək, hökumətin vəzifəsinin iş adamlarına dəstək təmin etmək, onların qarşısındakı maneələri götürmək, problemlərini həll etmək olduğunu vurğulayıb.  

Baş nazir xaricə açıq və sərbəst iqtisadiyyat anlayışı ilə qlobal sistemdə fəal rol götürən Türkiyənin sadəcə regional problemlərin deyil qlobal problemlərin həllində də təsirli dəstəyi davam etdirəcəyini və beləliklə də Vyetnamın da daxil olduğu 600 milyon əhaliyə və dünyanın 6-cı böyük iqtisadi gücünə və bu bölgədəki tərəqqi prosesinə qoşulma hədəfini reallaşdıracağını qeyd edib.

Baş nazir Vyetnam kimi strateji əhəmiyyəti  güclü bir ölkə ilə əməkdaşlıq içində olmaq və bunu daha da inkişaf etdirməyin Türkiyənin birinci yerdəki hədəflərindən olduğunu sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr