Xarici işlər naziri Mövlud Çavuşoğlu İraqda görüşlərini davam etdirir

Xarici işlər naziri Mövlud Çavuşoğlu İraqda keçirdiyi görüşləri çərçivəsində bu ölkənin Məclis sədri Səlim əl-Cuburi ilə bir araya gəlib.

795379

Paytaxt Bağdaddakı Yaşıl bölgədə baş tutan görüş mətbuata qapalı keçirilib.

Görüşmədə İraqın təhsil naziri Məhəmməd İkbal da iştirak edib.  

Çavuşoğlu daha sonra Türkmen siyasətçilərlə görüşlər keçirib. Çavuşoğlunun Türkmen siyasətçilərlə görüşü Bağdad Yaşıl bölgədəki Rəşid Oteldə mətbuata bağlı olaraq baş tutub.

Görüşdə sonra jurnalistlərə  açıqlama verən Çavuşoğlu deyib ki, Türkmənlərin gələcəyi İraqın birliyi içərisindədir. Türkmənlər İraqın birliyini ən çox dəstəkləyən millətdir. Hüquqlarının da verilməsi və pozuntu olmaması lazımdır. Telafer kimi Türkmen bölgələrin də  xüsusiyyətinin qorunması vacibdir. Türkmənlər arasında heç bir ayrı-seçkilik etmədən hamısını dəstəkləyirik.

Çavuşoğlu Bağdaddaki görüşlərindən sonra Ərbilə gedəcək. Orda İraq Kürd Regional Rəhbərliyinin sədri Məsud Bərzani ilə görüşəcək.

Әlaqәli Xәbәrlәr