Türkiyə ilə Qətər arasında birbaşa dəniz yolu xətti açıldı

Türkiyə ilə Qətər arasında ilk birbaşa dəniz yolu xətti fəaliyyətə başladı.

795189
Türkiyə ilə Qətər arasında birbaşa dəniz yolu xətti açıldı

Qətərin "Milaha" şirkətindən verilən məlumatda Qətər ilə İzmir limanı arasında  5 min tondan çox dondurucu konteyner daşıma gücü olan birbaşa  xəttin açıldığı bildirildi.

Hər 20-25 gündə Türkiyədən bir gəminin yola çıxacağı bildirilən məlumatda gəminin tranzit müddətinin 11 gün olduğu qeyd edildi.

"Milaha" şirkətinin baş direktoru Abdurrahman İsa əl-Menai mövzu ilə əlaqədar açıqlamasında yeni xidmətin limanlararası əlaqələrin gücləndirilməsinə, Qətərin Türkiyə və Körfəz ölkələri ilə ticarətinin asanlaşdırılmasına səbəb olacağını söylədi.

Menai son aylardaTürkiyə ilə Qətər arasında ticarət həcminin böyüdüyünü də qeyd etdi.

 

 

 



Әlaqәli Xәbәrlәr